UEFA Avropa Liqasının finalında “Mançester Yunayted” və “Tottenhem” arasında oyunu idarə edəcək hakimlərin adları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, görüş Feliks Çvayerin rəhbərlik etdiyi almaniyalı hakimlər briqadasına tapşırılıb.
Ona Robert Kempter və Kristian Dits kömək edəcəklər.
Həlledici matç mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.