"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk İngiltərə Premyer Liqasının (İPL) 36-cı turunda evdə "Arsenal"a qarşı keçirdikləri oyunda (2:2) "qırmızılar"ı tərk edəcəyini bəyan edən komanda yoldaşı Trent Aleksander-Arnoldun yerli azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, niderlandlı futbolçunun sözlərini "TNT Sports" belə çatdırıb:
"Baş məşqçimiz mətbuat konfransında çox doğru dedi ki, kiminsə ailəsi və özü üçün uyğun saydığı qərara qarışmaq olmaz. Azarkeşlərin reaksiyası isə belə oldu. Trent bununla barışmalıdır. Biz də komanda olaraq mövcud reallığı qəbul etməliyik. Ola bilsin ki, Aleksander-Arnold bunu gözləyirdi.
Açığı, mən belə olacağını gözləmirdim. Trentin növbəti mövsümdə bizimlə olmayacağına görə hamımız üzgünük. O, xüsusi keyfiyyətlərə malik fantastik oyunçudur. Aleksander-Arnoldun yeri görünəcək".
Nihat