"Barselona"nın və Braziliya millisinin cinah hücumçusu Rafinya İngiltərə Premyer Liqasının (İPL) səviyyəsindən danışıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisindən öncə "Lids Yunayted"də oynamış vingerin sözlərini "Barca Universal" belə çatdırıb:
"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır. İPL-də rəqiblərin kimliyindən asılı olmayaraq, 90 dəqiqə komandaların bir-birinə hücum etdiyini izləyirsiniz".
Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"dadır. Cari mövsüm "blauqrana" forması ilə 54 matça çıxan cənubi amerikalı 34 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Rafinyanın transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat