Cari mövsümün sonunda "Real Madrid"i tərk edərək Braziliya millisinin "sükanı arxası"na keçəcəyi dəqiqləşən Karlo Ançelotti fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssisin sözlərini "Madrid Universal" belə çatdırıb:
"Mayın 26-dan Braziliya millisinin baş məşqçisi olacam. Bu, böyük çağırışdır, amma hazırda "Real"ın çalışdırıcısıyam. Böyük macəranı yaxşı tamamlamaq istəyirəm. "Real" rəsmi açıqlamanı nə vaxt istəsə, onda yayacaq. Artıq Braziliya Futbol Konfederasiyası hər şeyin rəsmiləşdiyini bəyan edib. Bunda hər hansı problem yoxdur".
Nihat