"Bornmut"un və İspaniya millisinin mərkəz müdafiəçisi Din Höysen karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 20 yaşlı futbolçunun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə artı "Kral klubu"nun futbolçunun ətrafı ilə əlaqə saxladığını vurğulayıb. Höysenin özünün də "Real"a keçmək istədiyi bildirilib. Gənc oyunçunun transferinin madridlilərə 59,5 milyon avroya başa gələcəyi diqqətə çatdırılıb. Bu, Höysenin müqaviləsində əksini tapan sərbəstqalma məbləğidir.
Nihat