"Barselona"nın baş məşqçisi Hans-Diter Flik son dörd "el klasikoda" "Real Madrid"i məğlub etmələrindən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" alman mütəxəssisin sözlərini belə çatdırıb:
"Real"ı ardıcıl dörd oyunda yendiyimiz, son görüşdə (4:3) geridönüşlə qələbə qazandığımız üçün klub və azarkeşlər adına şadam. Bu, əla idi. "Real" 24 dəqiqə meydanın bizə aid hissəsində topa toxuna bilməmişdi. Bəli, bu, fantastik idi, bizim özümüzlə fəxr etməyə haqqımız var.
Xoşbəxtəm, çünki bunun azarkeşlər üçün vacib olduğunun fərqindəyəm.
Kitab? Yox, mən kitab yazmaq niyyətində deyiləm. Birini yazmışam, bəs edib. İndi bütün diqqətimi "Barsa"ya yönəldirəm. Yalnız komandam haqda düşünürəm".
Nihat