"Yuventus"un sabiq müdafiəçisi, hazırda İtaliyanın U-20 millusində baş məşqçi köməkçisi qismində çalışan Leonardo Bonuççi gələcək planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Canluka Di Martsionun daytı belə çatdırıb:
"Hazırda öyrənirəm. Ən qısa zamanda başlamaq istəyirəm. Hədəfim böyük klubu çalışdırmaqdır. Amma bu məqsədə doğru addım-addım irəliləmək lazımdır. Əlbəttə, baş məşqçinin öhdəlikləri futbolçu olduğum dönəmdə etdiklərimdən fərqlənir.
"Yuventus"a qayıtmaq? Bir gün o komandanın baş məşqçisi olmağı arzulayacam. Ya da İtaliya millisinin... İnsan həmişə maksimuma hədəflənir, düz deyil? Hamı bilir ki, həmişə "Yuventus"un azarkeşi olmuşam və o komandanı çalışdırmaq ən böyük məqsədimdir.
Hazırda U-20 ilə keçdiyim yoldan zövq alıram. Sonrasını zaman göstərəcək".
Nihat