"Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martines klubunu dəyişə bilər.
Fanat.Az "DSports"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper “Mançester Yunayted” (İngiltərə) və “Barselona”dan (İspaniya) təklif alıb.
Onun indiki klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Amma Martines Premyer Liqada "Tottenhem"lə son ev oyunundan (2:0) sonra göz yaşlarını saxlaya bilməyib və daha sonra sosial şəbəkə hesabında azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.
Bu paylaşımdan sonra qolkiperin klubdan ayrılacağı istisna edilmir.
Qeyd edək ki, Martines 2024/2025 mövsümündə 52 matça çıxıb. 61 qola üzülən dünya çempionu 15 görüşdə qapısını toxunulmaz saxlayıb.