2024/2025 mövsümünün yekunlarına əsasən 69-cu "Qızıl top" mükafatının sahibinə təqdim ediləcəyi tarix açıqlanıb.
Fanat.Az sözügedən mükafatın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir sentyabrın 22-də Parisdəki Şatle teatrında baş tutacaq.
Daha öncə mətbuatda dərc edilən məlumatlara görə, bu mövsüm "Qızıl top"u qazanmağa əsas namizədlər Rafinya ("Barselona"), Usman Dembele (PSJ), Lamin Yamal ("Barselona"), Pedri ("Barselona") və Məhəmməd Salahdır ("Liverpul").
Xatırladaq ki, ötən mövsüm "Qızıl top"u "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Pedri qazanıb.
Nihat