Yunanıstanın "Olimpiakos" klubu "Lill"in fransalı yarımmüdafiəçisi Remi Kabellanı sıralarına cəlb edib.
Fanat.Az xəbər verir ki, informasiyanı Pirey təmsilçisinin mətbuat xidməti yayıb.
35 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
"Olimpiakos" ötən mövsüm UEFA Konfrans Liqasının qalibi olub.
2022-ci ildən "Lill"in uğurları üçün çalışan Kabella 4 dəfə Fransa millisinin formasını geyinib.