"Mançester Yunayted" və "Tottenhem" arasında bu gün keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə kütləvi insident qeydə alınıb.
Fanat.Az "El Diario Vasco" qəzetinə istinadən xəbər verir ki, dünən İspaniyanın Bilbao şəhərində iki İngiltərə təmsilçisinin azarkeşləri arasında dava düşüb.
Münqaişə zamanı hər iki klubun azarkeş qrupları bir-birlərini təhqir edib və əlbəyaxa olublar. Dava zamanı xəsarət alan bir neçə azarkeşə tibbi yardım göstərilib.
Qeyd edək ki, həlledici qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.