UEFA Avropa Liqasının dünən baş tutan finalında "Tottenhem"ə məğlub olan (0:1) "Mançester Yunayted"in kapitanı Brunu Fernandeş Bilbaodakı görüşün ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "The Guardian" belə çatdırıb:
"Ümid edirəm ki, sevimli anım hələ irəlidədir. Mükafat qazanmağımla bağlı daha önəmli anın qarşıda olduğuna inanıram. Bu, karyeramda ən yüksək nöqtə olacaq".
Xatırladaq ki, Fernandeş 7 qolla AL-in bombardiri ünvanına sahib çıxıb.
Nihat