"Atletiko Madrid"in hücumçusu Xulian Alvares bu yay iş yerini dəyişə bilər
Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito" yayıb.
Məlumata görə, onun xidmətində "Arsenal", "Liverpul" və "Bayern Münhen" kimi Avropa nəhəngləri maraqlıdırlar. Mənbə 25 yaşlı hücumçunun mümkün keçidi ilə bağlı danışıqların növbəti həftə başlayacağını vurğulayıb.
Qeyd edək ki, Alvares cari mövsüm "Atletiko" forması ilə bütün turnirlərdə 53 matça çıxaraq 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.