UEFA Avropa Liqasının dünən baş tutan finalında "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edən "Tottenhem"in qapıçısı Qulyelmo Vikario Bilbaodakı görüşün ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Hələ də bunu bacardığımıza inana bilmirəm. İnanılmazdır. Biz sözün əsl mənasında, tarix yazdıq. Bəli, yeni başlıq 2025-ci ildə yazıldı. Mikki van de Vennin qapı xəttinin üzərindəki seyvini də yaddan çıxarmamalıyıq. Oyun başlamamışdan bilirdik ki, hərə öz bacarığını maksimum şəkildə ortaya qoymalıdır. Biz birlikdə bacardıq. İndi bayram etmək zamanıdır".
Nihat