"Çelsi" "Real Madrid"in ulduzunu heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Məlumata görə, İngiltərə təmsilçisi Braziliya millisinin vingeri Rodriqo Qoes üçün şokedici təklif hazırlayıb. Mənbə sözügedən futbolçunun "Kral klubu"ndakı durumundan narazı olduğunu və "zadəganlar"ın formasını geyinmək variantına isti yanaşdığını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 50 matça çıxan Rodriqo 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat