"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haqın adı "Ayaks"la yanaşı çəkilsə də, tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabında niderlandlı mütəxəssisin başqa klubla razılığa gəldiyini bəyan edib.
Fanat.Az xəbər verir ki, Romano sözügedən çalışdırıcının "Bayer Leverkuzen"lə apardığı danışıqların müsbət sonucla yekunlaşmaq üzrə olduğunu bildirib.
Daha öncə ispaniyalı mütəxəssis Xabi Alonsonun "Bayer"dən ayrılaraq "Real Madrid"in "sükanı arxası"na keçəcəyi dəqiqləşib.
Qeyd edək ki, ten Haq 2017-2022-ci illər aralığında "Ayaks"ı çalışdırıb. Onun dönəmində "Ayaks" iki dəfə çempion olub. Ardından Niderland təmsilçisini "Mançester Yunayted"ə dəyişən 55 yaşlı mütəxəssis ötən ilin noyabrında uğursuz nəticlər səbəbindən istefaya göndərilib.
Nihat