UEFA Avropa Liqasında (AL) 2024/2025 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı qitə futbol qurumunun mətbuat xidməti yayıb.
Bu ada "Tottenhem"in müdafiəçisi Kristian Romero layiq görülüb.
Qeyd edək ki, "Tottenhem" ötən gün "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edərək Avropa Liqasının qalibi olub. Romero final oyununun da ən yaxşı futbolçusu elan edilib.