Cari mövsümün sonunda "Lester Siti"dən ayrılacağı öncədən dəqiqləşən hücumçu Ceymi Vardi karyerasını La Liqada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Xəbərə görə, 38 yaşlı forvardın xidmətndə "Valensiya" maraqlıdır. Mənbə "yarasalar"ın baş məşqçisi Karlos Karberanın təcrübəli ingilisin komandaya fayda verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 25 xalla 18-ci pillədə qərarlaşan "Lester"in elitadakı yerini qoruya bilməyib. Bu mövsüm klubunun forması ilə 36 matça çıxan Vardi 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat