Nüfuzlu "Marca" nəşri "Atletiko Madrid"in adı bir neçə Avropa nəhəngi ilə yanaşı çəkilən hücumçusu Xulian Alvaresin aqibətinin necə olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, mənbə paytaxt təmsilçisinin argentinalı dünya çempionunu satmaq niyyətində olmadığını vurğulayıb.
Alvaresin özünün də digər variantlar barədə düşünmədiyi diqqətə çatdırılıb.
Cari mövsüm bütün turnirlərdə 53 matça çıxan Xulian 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı cənubi amerikalı forvardın transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Nihat