"Real Madrid"in yeni baş məşqçisi Xabi Alonso klubun azarkeşlərinə müraciət edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini İspaniya nəhənginin mətbuat xidməti belə çatdırıb:
"Salam, madridistalar, mən artıq buradayam! Yeni eraya başlayacağım üçün elə xoşbəxtəm ki... Həyəcan və enerji hiss edirəm. Sizi salamlayıram və irəli, Madrid!".
Xatırladaq ki, Alonso 2022-ci ilin oktyabrından çalışdırdığı "Bayer Leverkuzen"dən ayrılaraq futbolçu kimi 2009-2014-cü illər aralığında formasını geyindiyi "Real"ın "sükanı arxası"na keçib. Ötən mövsüm "əczaçılar"la Bundesliqanın qalibi adını qazanan ispan mütəxəssis Almaniya Kubokunu və Superkubokunu da başı üzərinə qaldırıb. Onun rəhbərliyi UEFA Avropa Liqasının finalına yüksələn "Bayer" həlledici matçda "Atalanta"ya 0:3 hesabı ilə uduzub.
Nihat