"Barselona"nın polşalı hücumçusu Robert Levandovski geridə qalan mövsüm barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "blauqrana"nın mətbuat xidməti belə çatdırıb:
"Bu komandanın, klubun bir parçası olduğum üçün fəxr edirəm. Bu (geridə qalan mövsüm -red.), nəsə təəccüblü bir şey idi. Çalışıram ki, yalnız ümumi hədəflərimiz üçün mümkün olan hər şeyi edim. Yalnız meydanda yox, həm də meydandan kənarda gənc oyunçularımıza örnək olmalıyıq. Onların qayğısına qalmaq, inkişaflarına kömək etməliyik".
"Barselona" 2024/2025 mövsümündə La Liqanın, İspaniya Kubokunun və ölkə Superkubokunun qalibi olub.
36 yaşlı Levandovskinin "blauqrana" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat