"Real Madrid"in yeni baş məşqçisi Xabi Alonso komandanın sabiq çalışdırıcısı Karlo Ançelotti barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "Madrid Universal" belə çatdırıb:
"Mən başa çatan dönəmdən, Karlo Ançelottini əvəzlədiyimdən danışmaqdan usanmıram. Karlo mənim məşqçim olub. O, məndə iz buraxmış böyük insan və böyük məşqçidir. Bəlkə də Ançelottinin təsiri olmasaydı, indi burada deyildim. Onun irsini böyük şərəf və qürurla qəbul edirəm".
Ançelotti 2013-2015 və 2021-2025-ci illər aralığında "Real"ı çalışdırıb. O, İspaniya nəhəngi ilə 3 dəfə Çempionlar Liqasının, 2 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun və Superkubokunun, 3 dəfə UEFA Superkubokunun, Qitələrarası Kubokun, eləcə də 2 dəfə klublararası dünya çempionatının qalibi olub.
Nihat