"Mançester Siti" yarımmüdafiəçi Teyani Reyndersin transferi üçün "Milan"a rəsmi təklif göndərəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, "şəhərlilər" İtaliya nəhənginə 60-65 milyon avro ödəməyə hazırdırlar. "Milan"ın isə bu satışdan daha çox, təxminən 80 milyon avro qazanmağı hədəflədiyi bildirilib. Klublar razılığa gəlsələr, niderlandlı futbolçu müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza ata və hər mövsüm üçün 8 milyon avro qazana bilər.
Qeyd edək ki, geridə qalan mövsümdə "Milan" forması ilə bütün turnirlərdə 54 matça çıxan Reynders 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat