Tanınmış italiyalı mütəxəssis, "Milan"ın sabiq baş məşqçisi Fabio Kapello "qırmızı-qaralar"ın "sükanı arxası"na keçməyə əsas namizədlərdən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:
"Adama elə gəlir ki, hər şey havadan asılı vəziyyətdədir. Deyilənə görə, Antonio Konte "Napoli"dən ayrılsa, Massimiliano Alleqri Neapol təmsilçisinin baş məşqçisi olmağa daha yaxındır. Eləcə də "Bolonya"da qala biləcək Vinçentso İtalyanonun "Milan"a rəhbərlik edəcəyi barədə məlumatlar dərc edilir. Konte variantı alınmırsa, siz Alleqriyə təklif göndərməklə bağlı gecikmisinizsə, ağlıma başqa uyğun variant gəlmir. Bax buna görə vaxtında hərəkət etmək, hər şeyi düzgün planlaşdırmaq lazım idi.
Hə, yeni profil barədə düşünməli olsaq, Sesk Fabreqas da var. Mən onu seçərdim. Fabreqasın ortaya qoyduğu futbol fəlsəfəsi xoşuma gəlir. O, "Komo"da maraqlı işlər görür. Fikrimcə, Fabreqas artıq hazırdır".
Qeyd edək ki, mövsümü titulsuz başa vuran "Milan" baş məşqçisi Serjiu Konseysau ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil.
Nihat