"Liverpul"un cinah hücumçusu Kodi Qakpo iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, onun xidmətində "Bayern Münhen" maraqlıdır. Mənbə tərəflərin əlaqə saxladıqlarını, lakin Almaniya nəhənginin "Liverpul"a hələ rəsmi təklif göndərmədiyini vurğulayıb.
Qeyd edək ki, Niderland millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm Premyer Liqada 35 matça çıxan 26 yaşlı Qakpo 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat