"Vulverhempton"un sağ cinah müdafiəçisi Nelson Semedu karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Transfers" yayıb.
Məlumata görə, 31 yaşlı oyunçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "canavarlar"la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq Semedunun bu yay azad agent qismində "qırmızı şeytanlar"a qoşulmağa yaxın olduğunu vurğulayıb.
Qeyd edək ki, 2020-ci ildən "Vulverhempton"da olan portuqaliyalı futbolçu cari mövsüm bütün turnirlərdə 38 matça çıxaraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.
Nihat