Almaniya millisinin mərkəz müdafiəçisi Jonatan Ta "Bayern Münhen"lə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Almaniya nəhənginin rəsmi saytı yayıb.
"Bayer Leverkuzen"i tərk edən oyunçu müddəti 2029-cu ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Almaniya mətbuatında yayılan məlumatlara görə, arxa xətt oyunçusu hər mövsüm üçün 14 milyon avro maaş alacaq.
Nihat