İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro UEFA Çempionlar Liqasının finalından - mayın 31-də "İnter" və PSJ klubları arasında keçiriləcək həlledici qarşılaşmadan danışıb.
Fanat.Az xəbər verir ki, "Qızıl top" mükafatını qazanmış dünya çempionunun sözlərini "Calciomercato" belə çatdırıb:
"Bir italiyalı olaraq, "İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm. Məncə, yalnız hücum planında güclü olmayan, həm də oyunu "Barselona"nı xatırladan rəqibə qarşı oynasa belə, finalın favoriti "İnter"dir. Bütün hallarda, çətin olacaq".
Qeyd edək ki, final oyunu Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat