"Barselona" "Mançester Yunayted"in cinah hücumçusu Markus Raşfordu sıralarına cəlb etmək cəhdlərini sürdürür.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Məlumata görə, bu transferdən təxminən 50 milyon avro qazanmaq istəyən MY onu "blauqrana"nın başqa futbolçusu ilə dəyişməyə də hazırdır. Mənbə 27 yaşlı Raşfordun mərkəz müdafiəçisi Ronald Arauxo və ya hücumameyilli yarımmüdafiəçi Fermin Lopeslə dəyişdirilə biləcəyini vurğulayıb.
Nihat