Niderland millisinin və "Brentford"un qapıçısı Mark Flekken karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı qolkiper "Bayer Leverkuzen"lə 3 illik müqavilə bağlayıb.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, 195 santimetr boya malik Flekken ötən mövsüm İngiltərə klubunun forması ilə bütün turnirlərdə 39 matça çıxaraq və 59 qola üzülüb. 2022-сi ildən Niderland yığmasına dəvət alan "çərçivə" qoruyucusu millidə keçirdiyi 8 görüşdə 8 dəfə topu tordan çıxarmalı olub.
Nihat