Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasında Moskvada keçirilən yoldaşlıq oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.
Ruslar 27-ci dəqiqədə Semi Acayinin avtoqolu sayəsində hesabda önə keçsələr də, Emmanuel Arokodarenin 71-ci dəqiqədə vurduğu qol yekun hesabı müəyyənləşdirib. Ağayev bu görüşdə meydan sahiblərindən üç, qonaqlardan isə bir futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
“Lujniki”də baş tutan matçda təcrübəli referiyə laynsman qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olublar. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirib.