"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində "Milan" maraqlıdır.
Məlumata görə, İsveçrə millisinin üzvü hazırda Leverkuzen təmsilçisinin rəhbərliyi ilə klubdan ayrılmaq variantını müzakirə edir.
Qeyd edək ki, Caka geridə qalan mövsümdə "Bayer"in sıralarında 50 matça çıxaraq 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "əczaçılar"la müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Nihat