Futbol üzrə Türkiyə və ABŞ milliləri yoldaşlıq görüşü keçiriblər.
Fanat.Az xəbər verir ki, Konnektukut ştatında baş tutan matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 1-ci dəqiqədə ABŞ açıb. Yerli fanatları Cek Makqlinn sevindirib. Türkiyə yığması 24-cü dəqiqədə Arda Gülerin qolu ilə tarazlığı bərpa edibsə, 3 dəqiqə sonra Kerem Aktürkoğlu adını tabloya yazdırıb.
Qeyd edək ki, Türkiyə iyunun 11-də Meksika ilə üz-üzə gələcək.
Nihat