"Ayaks"ın 16 yaşlı mərkəz yarımmüdafiəçisi Abdella Uazan karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Real Madrid" maraqlıdır.
Amsterdam klubunun rəhbərliyi mərakeşli futbolçuya 3 dəfə yeni müqavilə təklif etsə də, rədd cavabı alıb.
İyunun 30-dan azad agent statusu daşıyacaq Uazan "Real"a pulsuz keçə biləcək.
Qeyd edək ki, sözügedən oyunçu 2016-cı ildən "Ayaks"ın strukturundadır. Yarımmüdafiəçi ötən mövsüm klubun gənclərdən ibarət komandasında bütün turnirlərdə 20 matça çıxaraq 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.