UEFA Millətlər Liqasının bu gecə baş tutan final oyununda İspaniyanı məğlub edərək (2:2, penaltilər 5:3) ikinci dəfə turnirin qalibi olan Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu karyerasını harada davam etdirəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Prinsipcə nəsə dəyişməyəcək. "Əl-Nəsr"də qalırammı? Hə".
Ronaldunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə indiki müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Geridə qalan mövsümdə "Əl-Nəsr" forması ilə bütün turnirlərdə 41 matça çıxan Kriştianu 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat