"Mançester Siti" qapıçısı Skott Karson ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
İngiltərə nəhəngi müqaviləsinin müddəti başa çatan 39 yaşlı qolkiperlə yeni saziş imzalamayıb.
Qeyd edək ki, Karson 2019-2021-ci illərdə Premyer Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edib. Daha sonra "şəhərlilər" onun transfer hüquqlarına yiyələniblər.