DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində öz meydanında Uelsi 4:3 hesabı ilə məğlub edən Belçika yığmasının hücumçusu Romelu Lukaku milli komandaların bombardirləri arasında 5-ci pilləyə yüksəlib.
Fanat.Az xəbər verir ki, 15-ci dəqiqədə hesabı açan forvard qollarının sayını 89-a çatdıraraq malaziyalı Moxtar Daxarini haqlayıb.
Milli komandaların ən sərrast futbolçularının siyahısı belədir:
Kriştianu Ronaldu (Portuqaliya) - 221 matçda 138 qol;
Lionel Messi (Argentina) - 192 matçda 112 qol;
Ali Daei (İran) - 148 matçda 108 qol;
Sunil Çxetri (Hindistan) - 154 matçda 95 qol;
Romelu Lukaku (Belçika) - 124 matçda 89 qol.