UEFA "Barselona" klubuna tətbiq olunan cərimənin məbləğini azaldacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi 60 milyon avro əvəzinə 15 milyon avro cərimə ödəyəcək. Bu qərar klub rəhbəri Joan Laportanın UEFA prezidenti Aleksander Çeferinlə danışıqlarından sonra verilib.
"Blauqrana" maliyyə feyr-pleyi qaydalarına əməl etməyi öhdəsinə götürüb. Yenidən qanun pozuntusu olacağı halda, cərimə tam həcmdə bərpa ediləcək.
Qeyd edək ki, "Barselona" 2024/2025 mövsümündə La Liqanı, ölkə kubokunu və Superkuboku qazanıb.