"Real Madrid" növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, "Kral klubu" "River Pleyt"in 17 yaşlı yarımmüdafiəçisini sıralarına cəlb edib.
Məlumatı Argentina klubunun rəsmi saytı yayıb. Bu keçid İspaniya nəhənginə 63,2 milyon avroya başa gəlib.
Qeyd edək ki, Mastantuono 2019-cu ildə "River Pleyt"in strukturundadır. O, 2024-cü ildən əsas komandada çıxış edir. Buenos-Ayres təmsilçisinin əsas komandasında 61 matça çıxan Franko 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat