"Milan" isveçrəli yarımmüdafiəçi Ardon Yaşarinin transferi üçün "Brügge"yə rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Saşa Tavolyeri yayıb.
Məlumata görə, "rossonerlər" 22 yaşlı Yaşarini 27 milyon avroya almağa, üstəlik, qarşı tərəfə müxtəlif bonuslar şəklində daha 3 milyon avro ödəməyə hazır olduqlarını bəyan ediblər. Mənbə Belçika klubunun böyük ehtimalla, bu təkliflə razılaşmayacağını vurğulayıb. İtaliya nəhənginin bu məbləği bir qədər artırmaq məcburiyyətində qalacağı bildirilib.
Qeyd edək ki, son mövsümdə "Brügge" forması ilə bütün turnirlərdə 52 matça çıxan Ardon 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat