İsveçli hücumçu Aleksander İsak "Nyukasl"da qalsa, klub tarixinin ən ödənişli futbolçusu olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" nəşrinin jurnalisti Martin Hardi yayıb.
Məlumata görə, "sağsağanlar" Avropa nəhənglərinin - "Liverpul", "Arsenal" və "Barselona"nın istədiyi İsaka həftəlik 150 min funt sterlinq (175,5 min avro) maaş ödəməyə hazırdırlar.
25 yaşlı Aleksander 2022-ci ilin avqustundan "Nyukasl"ın uğurları üçün çalışır. Son mövsümdə "ağ-qaralar"ın forması ilə bütün turnirlərdə 42 matça çıxan ön xətt oyunçusu 27 qol və 6 məjsuldar ötürmə ilə yadda qalıb.
Nihat