"Arsenal" gənc yarımmüdafiəçisi Maylz Lyuis-Skelli ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı London klubunun rəsmi saytı yayıb.
18 yaşlı futbolçunun uzunmüddətli müqaviləyə imza atdığı bildirilib.
Daha öncə "The Guardian" və "Marca" sözügedən oyunçu ilə "Real Madrid"in maraqlandığı barədə informasiyalar yaymışdılar.
Son mövsümdə İngiltərə Premyer Liqasında 23 matça çıxan Maylz 1 qol vurub. O, UEFA Çempionlar Liqasında da 10 qarşılaşmada iştirak edərək 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu ilin martında İngiltərə millisində debüt edən Lyuis yığmadakı ilk oyununda qolla diqqət mərkəzinə düşüb.
Nihat