"Real Madrid"in baş məşqçisi Xabi Alonso ABŞ-də keçirilən klublararası dünya çempionatı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "kral klubu"nun rəsmi saytı belə çatdırıb:
"Klublararası dünya çempionatı bizim üçün olduqca əhəmiyyətlidir. Biz buradayıq və bu turnirə böyük önəm veririk. Bəlkə də yeni formatda keçirilən yarışın qalibi adını qazanan ilk komanda olacağıq. Hə, bunu etmək asan olmayacaq, amma biz çalışacağıq".
Xatırladaq ki, Alonso "Real"ın "sükanı arxası"na bu yay keçib. O, italiyalı mütəxəssis Karlo Ançelottini əvəzləyib.
Nihat