"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe sabiq klubu PSJ-dən mənəvi təzyiqlərlə bağlı şikayət edib.
Fanat.Az AFP agentliyinə istinadən xəbər verir ki, artıq Paris prokurorluğu şikayət əsasında araşdırmaya başlayıb.
26 yaşlı futbolçu bu ilin mayında Paris təmsilçisinə qarşı ittiham irəli sürüb. Hücumçu 2023-cü ildə ona qarşı mənəvi təzyiq olduğunu bildirib və təqiblərdən şikayətlənib. Kilian daha sonra komandadan ayrılmaq istədiyi üçün məşqlərdən və matçlardan uzaqlaşdırılıb. O, yalnız müəyyən müddət davam edən danışıqlardan sonra heyətə qaytarılıb.
Qeyd edək ki, Mbappe ötən yay PSJ-dən azad agent qimində ayrılaraq "Real"a qoşulub.