Almaniyanın "Ştutqart" klubunun futbolçusu Nik Voltemade karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində "Real Madrid" maraqlıdır.
Almaniyalı hücumçunun "Kral klubu"nun sabiq üzvü Xoselunu xatırladan oyun üslubu Madrid təmsilçisinin rəsmilərinin diqqətini çəkib.
Qeyd edək ki, Voltemade 2024-cü ildən Bundesliqa klubunun uğurları üçün çalışır.