ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün G qrupunda mübarizəyə yekun vurulub.
Üçüncü tur çərçivəsində baş tutan “Yuventus” – “Mançester Siti” matçında üz-üzə gələn tərəflər 1/8 finala vəsiqəni öncədən qazanmışdılar. Bu görüşdə qrup qalibi müəyyənləşib. Rəqibini 5:2 hesabı ilə yenən "şəhərlilər" maksimum nəticə (9 xal) ilə qrupu birinci pillədə başa vurublar.
Qrupun digər matçında BƏƏ təmsilçisi “Əl-Əyn” əzmkar qələbə qazanıb və 3 xalla qrupu üçüncü yerdə tamamlayıb.
G qrupu
“Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) 2:5
Qollar: Kupmeyners, 11. Vlahoviç, 84 – Doku, 9. Kalulu, 26-öz qapısına. E.Haaland, 52. F.Foden, 69. Savinyo, 75.
“Vidad” (Mərakeş) – “Əl-Əyn” (BƏƏ) 1:2
Qollar: Mailula, 4. Kaku, 50 – K.Laba, 45+1-pen.