Klublararası dünya çempionatının 1/8 finalında "Mançester Siti" ilə üz-üzə gələcək "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) yarımmüdafiəçisi Ruben Neveş "şəhərlilər"ə qarşı necə oynamaq istədiklərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
"Bizə yalnız komanda şəklində yaxşı futbol sərgiləmək lazımdır. "Real"a qarşı oynadığımız kimi... Eyni işi görməliyik. Biz dünyanın üç ən yaxşı komandasından birinə qarşı mübarizə aparacağıq. Onları çox yaxşı tanıyıram. İngiltərə təmsilçisi bir neçə futbolçusunu dəyişib, amma orada portuqaliyalı dostlarım da var. İngiltərədə çıxış edərkən onlara qarşı bir neçə dəfə oynamışam. Bu, asan deyildi, amma biz əlimizdən gələni edəcəyik. Oyuna hazırlaşırıq. Nə olacağını zaman göstərəcək".
Xatırladaq ki, "Əl-Hilal" qrupda "Real Madrid" (1:1) və "Zalsburq"la (0:0) heç-heçə edib, "Paçuka"ya isə 2:0 hesabı ilə qalib gəlib.
Nihat