"Hə, o, möhtəşəmdir. Turist olsaydım, ona baxmağa gedərdim".
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, bu sözləri argentinalı superulduz Lionel Messi haqda danışarkən məşhur aktyor Bred Pitt deyib.
Pitt əlavə edib: "Messinin əsas səhnədə - dünya çempionatında sözünü deməsi çox vaxt tələb etdi. Amma son mundialda... Bəli, o, özünü göstərməyi bacardı!"
Xatırladaq ki, Messi 2023-cü ildən ABŞ təmsilçisi "İnter Mayami"də çıxış edir. Cari mövsüm MLS liqasında 13 matça çıxan Leo 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 38 yaşlı forvardın komandası hazırda klublararası dünya çempionatında mübarizə aparır.
Nihat