"Olimpik Lion" ilə müqaviləsinin müddəti başa çatan məşhur hücumçusu Aleksandr Lyakazett karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı fransalı "Neom"a qoşulacaq.
Lyakazettin ərəblərlə 2 illik anlaşma ilə bağlı razılığa gəldiyi və artıq tibbi müayinədən keçdiyi bildirilib.
Aleksandr "Lion"un heyətində ümumilikdə 201 qol vurub. Təcrübəli oyunçu bu klubun tarixində ən çox qol vuran ikinci oyunçudur.
Qeyd edək ki, "Olimpik Lion" maliyyə hesabatları ilə bağlı qaydaları pozduğu üçün növbəti mövsümə Liqa 2-də başlayacaq.