Kriştianu Ronaldunun "Əl-Nəsr"lə yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" 40 yaşlı portuqaliyalı superulduzun 2 illik anlaşmaya imza atdığını açıqlayıb.
Məluma görə, təcrübəli forvard 180-200 milyon avro gəlir əldə edəcək. Bu məbləğə əmək haqqı və imic hüquqlarından qazanılacaq pul da daxildir. Ronaldu həmçinin 33 milyon avro qarşılığında Ciddə təmsilçisinin səhmlərinin 15 faizini alıb. Mənbə “Əl-Nəsr”in bosslarının portuqaliyalıya heyəti gücləndirəcəkləri barədə söz verdiklərini də diqqətə çatdırıb.